Sumqayıtda arvad əri tərəfindən bıçaqlanıb

16 İyun 2019 17:51 (UTC+04:00)

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, şəhərin 9-cu mikrorayonunda ər-arvad arasında düşən mübahisə qanla nəticələnib.

Qısqanclıq zəminində Sumqayıt sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı əri tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılan 44 yaşlı qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.