Gənclər Litvada keçiriləcək forumda iştirak edəcəklər

16 İyun 2019 16:22 (UTC+04:00)

İyunun 17-20-də Litvada "Şərq tərəfdaşlığı - Gənclər forumu" keçiriləcək. Forum Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunub. Forumda "Media savadlılığı vasitəsilə tənqidi düşüncə və fəallıq" mövzusu müzakirə ediləcək. SİA-nın verdiyi məlumata görə, forumda Azərbaycandan olan gənclər, həmçinin Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev iştirak edəcək.

Ümumilikdə, forumda proqrama daxil olan 10 ölkədən 250 gəncin iştirak gözlənilir.