Uşu üzrə Bakı kuboku yarışları başlayıb FOTOLAR

16 İyun 2019 15:09 (UTC+04:00)

Bu gün Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışlarına start verilib. SİA-nın verdiyi məlumata görə, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilir. Çempionatda Bakının idman klublarından 200 idmançı qızıl medal uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.