Serxio Ramos uşaqlarının anası ilə evləndi FOTOLAR

16 İyun 2019 11:40 (UTC+04:00)

“Real Madrid” klubunun kapitanı Serxio Ramos evlənib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu 2012-ci ildən münasibətdə olduğu 41 yaşlı aparıcı Pilar Rubio ilə İspaniyanın Sevilya şəhərində özünə toy edib. Bütün dünyanın diqqətinin cəmləşdiyi toyda təkcə Avstraliyanın rok musiqi qrupu AC/DC-yə 1 milyon avro verilib. Mərasimdə Devid Bekhem və Viktoriya Bekhem, Jerar Pike və Şakira kimi məşhurlar iştirak edib.

Qeyd edək ki, Ramosla Pilar Rubionun 3 uşağı var.