Mahaçqalada tankerdə partlayış olub ölənlərin sayı 4-ə çatıb

16 İyun 2019 11:21 (UTC+04:00)

Mahaçqalada iyunun 11-i tankerdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb. SİA "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl insident nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd edilir ki, tankerdə 12 nəfər olub: "Onlardan 9-u sahilə təxliyə edilib. Təxliyə edilənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib. İnsident nəticəsində 4 nəfər həlak olub".