İngiltərə təyyarəsi İstanbulda qəza enişi edib

16 İyun 2019 10:01 (UTC+04:00)

İngiltərənin “British” Hava Yollarına məxsus “Boinq-787” markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb Hindistandan Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb. Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.