Somali paytaxtında iki partlayış olub: 8 nəfər ölüb

16 İyun 2019 03:01 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişuda iki güclü partlayış törədilib.

SİA Rusiyanın "regnum.ru" saytına istinadən xəbər verir ki, ilk partlayış ölkə parlamentinin binası yaxınlığındakı “Sayidka” nəzarət-buraxılış məntəqəsi bölgəsində baş verib. Maşına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 8 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

İkinci partlayış isə aeroport yaxınlığında baş versə də bu ərazidə insan tələfatı olmayıb.

Partlayışlara görə hələ ki heç kim məsuliyyəti öz üzərinə götürməyib.