Elçibəy ailəsinin yasla bağlı xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb

16 İyun 2019 00:01 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

SİA xəbər verir ki, Heydər Əliyev Fondu yas mərasimi ilə bağlı xərcləri öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğulduğu Naxçıvan Muxtar respublikası, Ordubad rayonunun Kələki kəndinə aparılaraq orada dəfn edilib. Məzarın üzərinə Mehriban xanım Əliyevanın adından əklil qoyulub.

Qeyd edək ki, cənazənin gətirilməsi və dəfn edilməsi, həmçinin yas mərasiminin təşkili ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.