Yevlaxda baş vermiş qəzada bir nəfər dünyasını dəyişib

15 İyun 2019 22:18 (UTC+04:00)

Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.

SİA xəbər verir ki, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər həlak olub, 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Dünyasını dəyişən 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, xəsarət alanlar isə 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.