C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarının buraxılışı keçirilib FOTOLAR

15 İyun 2019 13:30 (UTC+04:00)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.