"Türkiyə Qüdsdə status-kvonun dəyişdirilməsinə qarşıdır" Ərdoğan

15 İyun 2019 14:21 (UTC+04:00)

Türkiyə Qüdsdə status-kvonun dəyişdirilməsinə qarşı çıxır. SİA "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Bütün ölkələri BMT-nin qərarlarına, Qüdsün tarixi və hüquqi statusuna hörmət göstərməyə çağırırıq", Ərdoğan deyib.