Türkiyədə yol qəzası olub 2 çavuş ölüb, biri yaralanıb

15 İyun 2019 12:11 (UTC+04:00)

Türkiyənin Mersin əyalətinin Tarsus rayonunda avtomobilin maneəyə çırpılması nəticəsində iki ixtisaslı hərbçi çavuş ölüb, biri yaralanıb. SİA-nın verdiyi xəbərə görə, məlumatı DHA yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında Tarsus-Adana-Qaziantep avtomobil yolunun Əshabi-Kəhfə çıxışına yaxın ərazidə baş verib.

Məlumata görə, çavuşlar Nevşehirdə keçirilən təlimdən sonra tətil üçün Mersinə gedirmişlər.