Rusiyada təyyarənin sərt enişi iki nəfərin xəsarət alması ilə nəticələnib

15 İyun 2019 05:02 (UTC+04:00)

Rusiyanın Moskva vilayətinin Solneçnoqorsk dairəsində yüngülmühərrikli təyyarə sərt eniş edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Klimovo və Timofeyevo kəndləri arasında uçuş həyata keirən təyyarə boş sahəyə məcburi eniş edib. Sərt eniş nəticəsində, ilkin məlumata görə, 2 nəfər xəsarət alıb.

Eniş zamanı hər hansı yanğın baş verməyib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.