Alen Delonun beyininə qan sızıb

15 İyun 2019 02:03 (UTC+04:00)

Görkəmli Fransa aktyoru, dünya kinosunun əfsanəsi Alen Delon beyinə qan sızması diaqnozu ilə O-de-Sen departamentindəki “Neyi-syur-Sen” Amerika hospitalına yerləşdirilib. İnterfaks agentliyinin xəbərinə görə, aktyor xəstəxanada güclü baş ağrılarından şikayət edib. Ətraflı müayinədən sonra onu evə göndəriblər.

A.Delonun 83 yaşı var. O, bir neçə həftə əvvəl Kann kinofestivalının “Qızıl palma budağı”na layiq görülüb.