Dario Frederiko yenidən "Neftçi”də!

15 İyun 2019 00:31 (UTC+04:00)

Dario Frederiko "Neftçi”yə qayıdıb. Klubun saytında yer alan məlumata görə, braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2018/2019 mövsümündə "Neftçi”nin heyətində 17 oyunda 3 qol vuran Dario Frederiko Braziliyanın "Flamenqo” (2012-2014), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyanın "Trofensi” (2014-2015), Azərbaycanın "Kəpəz” (2015-2018) və Cənubi Koreyanın "Sonnam” (2017) və "Daequ” (2019) klublarında çıxış edib.