Albaniyada etirazçılar baş nazirə hücum edib!

14 İyun 2019 21:19 (UTC+04:00)

Albaniyanın baş naziri Edi Ramanın avtomobil karvanı etirazçıların hücumuna məruz qalıb. “Report” “Alsat-M" TV-yə istinadən xəbər verir ki, ötən gün Librac şəhərində hökumət başçısının maşın karvanının yolunu bir qrup etirazçı kəsərək daşqalaq edib.

Baş nazirin olduğu avtomobilin sürücüsü alternativ yollarla onlardan uzaqlaşa bilib.