Maldiniyə "Milan"da yeni vəzifə verilib

14 İyun 2019 22:35 (UTC+04:00)

"Milan"ın əfsanəvi futbolçuları Evonimir Boban və Paulo Maldiniyə sabiq klublarında yeni vəzifə verilib. Klubun saytında yer alan xəbərə görə, bundan əvvəl FİFA-da birinci katibin müavini olan E.Boban klubun futbol bölməsinin rəhbəri təyin edilib. Bu vəzifə 50 yaşlı xorvatın kluba qayıtması ilə yaradılıb.