Novruz Məmmədov Tacikistanda səfərdədir

14 İyun 2019 19:11 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfərə gəlib. SİA-nın xüsusi müxbiri xəbər verir ki, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.