Uşaq tamaşası maraqla qarşılanıb Fotolar

14 İyun 2019 13:36 (UTC+04:00)

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində "Qırmızı papaq və Redmuzi" uşaq tamaşası göstərilib. SİA-nın məlumatına görə, tamaşa gənc tamaşaçıların xahişi ilə nümayiş olunub. Tamaşaya daun sindromlu uşaqlar, uşaq evlərinin balaça teatrsevərləri maraqla baxıb.

Qeyd edək ki, yalnız 1 gün və 1 seans göstərilən "Qırmızı papaq və Redmuzi" tamaşasında balaca aktyorlar zalda əyləşən uşaqlarla yaxşı dialoq qurmağı bacarıb.

Qeyd edək ki, tamaşadan əldə edilən vəsait xeyriyyə aksiyası üçün istifadə olunacaq.