Ağ Evin mətbuat katibi vəzifəsini tərk edir

14 İyun 2019 00:54 (UTC+04:00)

Ağ Evin mətbuat katibi vəzifəsini tərk edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.

SİA-nın məlumatına görə, ABŞ prezidenti ümid etdiyini bildirib ki, Sanders Arkanzas ştatının qubernatoru vəzifəsinə seçkilərdə namizədliyini irəli sürəcək.

Tramp özünün Twitter səhifəsində Sanders haqqında fikirlərini yazıb: “Üç il yarımdan sonra bizim cazibədar Sara Xakabi Sanders Ağ Evi tərk edəcək və Arkanzas ştatındakı evinə dönəcək. O, qeyri-adi istedada malik qeyri-adi insandır və inanılmaz işlər görüb. Mən ümid edirəm ki, o, Arkanzas ştatının qubernatorluğu uğrunda keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək”.

Qeyd edək ki, 1982-ci ildə anadan olmuş Sanders indi tutduğu mətbuat katibi vəzifəsinə 21 iyul 2017-ci il tarixində təyin olunub. O, bu postda Şon Spayseri əvəz edib.