İspaniya Xarici İşlər nazirinin müavini Xocalı soyqırımı abidəsini ziyarət edib

14 İyun 2019 00:27 (UTC+04:00)

İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq nazirinin müavini Fernando Martin Valenzuela Marzo Azərbaycana səfəri çərçivəsində Xocalı soyqırımı abidəsini ziyarət edib.

SIA xəbər verir ki, nazir müavini Fernando Martin Valenzuela Marzo abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.