İngiltərədə şagirdləri daşıyan avtobus yanıb

14 İyun 2019 00:01 (UTC+04:00)

İngiltərədə içərisində 53 şagirdin və onların müəllimlərinin olduğu məktəb avtobusunda yanğın baş verib.

SİA xəbər verir ki, müəllimlər və şagirdlər avtobusdan çıxarılaraq təhlükəsiz əraziyə aparılıb. Onların arasında xəsarət alan olmayıb.

Hadisə yerinə polis cəlb olunub. Yanğının səbəbləri araşdırılır.