“Başakşəhər”ə yeni baş məşqçi təyin edilib

13 İyun 2019 09:20 (UTC+04:00)

İstanbulun “Başakşəhər” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, bu posta 45 yaşlı türkiyəli mütəxəssis Okan Buruk təyin edilib. O, sabiq baş məşqçi Abdullah Avcını əvəzləyib. O.Burukla “Başakşəhər”in rəhbəri Göksel Gümüşdağ 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, O.Buruk ötən mövsüm "Çaykur Rizəspor"u çalışdırıb.