Misirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər həlak olub

13 İyun 2019 00:51 (UTC+04:00)

Qahirə ətrafında içərisində sərnişinlər olan iki mikroavtobusun toqquşması nəticəsində 14 nəfər həlak olub, 10 nəfər yaralanıb.

SİA xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin bəyanatında belə deyilir.

Yol-nəqliyyat hadisəsi Helvan rayonu yolunda baş verib. Hadisə yerinə 12 təcili yardım maşını cəlb olunub. Zərərçəkənlərin hamısı yaxınlıqdakı hospitallara çatdırılıb.