Abşeronda piyadanı avtomobil vurub

13 İyun 2019 03:04 (UTC+04:00)

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1978-ci il təvəllüdlü Xammədov Rafiq Qasım oğlunu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona bel və çanağın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.