Teymur Rəcəbov Moskvada qələbə ilə başlayıb

13 İyun 2019 02:19 (UTC+04:00)

Moskvada “World Chess” “Armaqeddon seriyası” yarışları keçirilir. Turnirdə Azərbaycanı qrossmeyster Teymur Rəcəbov təmsil edir. Şahmatçımız yarışa qələbə ilə başlayıb. O, sürətli şahmat üzrə iki partiyanın nəticəsinə görə israilli idmançı Boris Qelfandı məğlubiyyətə uğradıb – 1,5-0,5.