İlkay Gündoğan: "Mançester Siti"də qalmaq istəyirəm

13 İyun 2019 01:20 (UTC+04:00)

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan gələcəyi ilə bağlı qərarını açıqlayıb. Türk əsilli futbolçu, İngiltərə klubunda qalmaq istədiyni elan edib: "Mançester Siti" ilə müqaviləmin müddətini artırmaq üçün görüşəcəyik. Əlbəttə, burada qalmaq istəyirəm. Klubum da eyni şeyi istəyir".

Qeyd edək ki, İlkayın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır.