Zidanın evi qarət olunub!

12 İyun 2019 23:40 (UTC+04:00)

"Real"ın baş məşqçisi Zinəddin Zidan və yarımmüdafiəçisi İskonun evləri qarət olunub. İspaniya mətbuatının yazdığına görə, hadisə onlar evdə olmadığı vaxt baş verib. Cinayətin detalları barədə hələlik ətraflı məlumat verilmir. "Real" rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.

Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə hadisə deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbia və Alvaro Moratanın da evləri qarət olunub.