"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Yuventus"un təklifini rədd edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis Turin təmsilçisinin ilinə 20 milyon avro qazanacağı təklifini müsbət cavablandırmayıb. O, Mançester klubunda işini davam etdirməyi daha üstün tutub.