Qahirədə dəhşətli yol qəzası: 14 nəfər ölüb

12 İyun 2019 20:18 (UTC+04:00)

Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, şose yolda yük maşını sərnişinləri daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində 14 nəfərin həlak olduğu bildirilir. Daha daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, Misirdə yol qəzalarında hər il təxminən 12 min nəfər həlak olur.