Göyərtəsində miqrantlar olan gəmi batıb

12 İyun 2019 18:36 (UTC+04:00)

Yunanıstanın Lesbos adası yaxınlığında göyərtəsində miqrantlar olan gəmi batıb, nəticədə 7 nəfər həlak olub. SİA xəbər verir ki, Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində 57 sərnişin xilas edilib. Xilas olanlar xəstəxanaya yerləşdiriblər.

Gəmidə olan miqrantların tam sayı məlum deyil. Ərazidə beş xilasedici gəmi və vertolyot axtarışları davam edir. Ehtimal olunur ki, gəminin aşmasına səbəb həddən artıq yüklü olmasıdır.