Sülhməramlıların bir qrupu Əfqanıstana yola salınıb

12 İyun 2019 17:52 (UTC+04:00)

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.