"Şaxtyor"un yeni baş məşqçisi müəyyənləşib

12 İyun 2019 17:34 (UTC+04:00)

Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş məşqçi postuna Luiş Kaştro gətirilib. Portuqaliyalı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

57 yaşlı mütəxəssis bu vəzifədə "Roma"ya üz tutan Paulu Fonseskanı əvəz edib.

Qeyd edək ki, Kastronun son iş yeri Portuqaliyanın "Vitoriya Qimarainş" klubu olub.