Sarkisyan jurnalistlərin suallarından qaçdı

12 İyun 2019 16:44 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə ictimaiyyət arasına çıxıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu dəfə mərhum baş nazir Andranik Marqaryanın anadan olmasının 68-ci ilini onun qəbri önündə qeyd edib.

Partiyadaşlarının əhatəsində olan Serj Sarkisyanın jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.