“Zirə” futbolçusu Adrian Skarlatake ilə müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, rumıniyalı müdafiəçi ilə sözləşmənin müddəti 1 illik uzadılıb. O, ötən ilin sentyabrından "Zirə"də çıxış edirdi.
Qeyd edək ki, "Zirə" bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla da müqaviləni yeniləyib.