Stanislav Lobotka: "Topa zərbə anında nə edəcəyimi bilmirdim"

12 İyun 2019 11:08 (UTC+04:00)

Slovakiya yığmasının üzvü Stanislav Lobotka AVRO-2020-nin seçmə mərhələsində millimizlə oyundan sonra açıqlama verib. SİA-nın məlumatına görə, yarımmüdafiəçi Azərbaycan yığması üzərində 5:1 hesablı qələbə haqda bunları söyləyib: "Dördüncü qolun ardından tamam rahatladıq və nəzarət tam bizim əlimizdə oldu. Qol epizodunda orta sahədə boşluq gördüm, irəlilədim və zərbə vurdum. Açığı, topa zərbə anında nə edəcəyimi bilmirdim. Çünki elə də çox qol vurmamışam".

Qeyd edək ki, 3 oyunda 6 xal toplayan Slovakiya qrupda 2-ci pillədə qərarlaşıb. Millimizin hesabında isə xal yoxdur.