DİM: 56 saylı proqram üzrə imtahan vermiş bakalavrların nəzərinə

11 İyun 2019 23:59 (UTC+04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlik olan FIBAA (Foundation for International Business Administration Accreditation) Akkreditasiyasını keçib.

SİA Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən bildirir ki, agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir (Bax: “Magistr” jurnalı, №4, 2019-cu il, səh.40):

216859 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)

- Biznesin təşkili və idarə edilməsi (idarəetmə informasiya sistemləri, MBA proqramı üzrə, tədris ingilis dilində);

216834 Biznesin idarə edilməsi (MBA proqramı üzrə)

- Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə, tədris ingilis dilində).

Cari ildə 56 saylı proqram üzrə imtahan verərək müsabiqə şərtini ödəyən və həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini, əmək kitabçasının notarial qaydada təsdiqlənmiş və ya iş yerinin məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş surətini iyunun 14-dək Dövlət İmtahan Mərkəzinin A.Salamzadə küçəsi, 28 ünvanındakı ofisinə (Asiya Universitetinin binası) təqdim etməlidirlər.