Cəlilabadda uşaq maşının altında qalaraq ölüb

12 İyun 2019 03:02 (UTC+04:00)

Cəlilabad rayonunda azyaşlı uşaq maşının altında qalaraq dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib. Fakla bağlı araşdırma aparılır.