Daha bir futbolçu "Atletiko"dan ayrılmağa qərar verib. Qol.az-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, bu, komandanın qapıçısı Yan Oblakdır. Sloveniyalı qolkiperin növbəti mövsüm "Mançester Yunayted"dən oynamaq istədiyi bildirilib. Xəbərdə Oblakın qiymətinin 120 milyon avro olduğu vurğulanıb. "Qırmızı şeytanlar" bu məbləği ödəyəcəyi təqdirdə, 26 yaşlı qapıçı Mançester təmsilçisinə keçəcək.