YAP Səbail rayon təşkilatında ərazi ilk təşkilat sədrlərinin yığıncağı keçirilib

11 İyun 2019 18:42 (UTC+04:00)

Bu gün YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Sədr müavini - İcra katibi və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə yığıncaq keçirilib.

Yığıncaqda çıxış edən təşkilatın sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev partiya təşkilatı qarşısında qoyulan vəzifələr haqqında məlumat verib. Daha sonra verilən tapşırıqlar üzrə müzakirələr aparılıb və təkliflər dinlənilib.

Yığıncaqda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında konkret vəzifələr qoyulub.

R.KAMALQIZI