Zelenski 15 qubernatoru işdən çıxardı

11 İyun 2019 17:05 (UTC+04:00)

Ukraynada 15 qubernator işdən azad olunub. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə qərarı prezident Vladimir Zelenski verib.

İşdən azad olunanlar arasında Odessa, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sum, Poltava, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporojya, Zakarpatye və Volın vilayətlərinin rəhbərləri var.