Ermənistanda repressiyalar başlayıb

11 İyun 2019 16:33 (UTC+04:00)

"Ermənistanın Dövlət Gəlirləri Komitəsi müavin Rüstəm Badasyanın azad olunması barədə mövzuya toxunduqdan sonra analitik.am saytına münasibətdə vergi repressiyaları tətbiq etmək qərarına gəlib". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə saytın redaktoru Ani Ovannisyan özünün Facebook səhifəsində yazıb.

Analitik.am-in daxil olduğu "Media İdea" MMC vergi öhdəlikləri üzrə borcludur. Amma bu öhdəliklərin hər ay hissə-hissə ödəniləcəyi barədə razılığa gəlinib. Aylardır ki, razılaşmaya görə ödənişlər heç bi maneə olmadan həyata keçirilir. Lakin, 10 iyun tarixindən Rüstəm Badasyanın Soros ofisinə təyinatına və onun azad olunmasına toxunduqdan sonra Dövlət Gəlirləri Komitəsi tərəfindən analitik.am-in bank hesablarına məhdudiyyət qoyulub.