Gəncədə oğlunu döyən ata saxlanılıb

11 İyun 2019 00:05 (UTC+04:00)

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb. Bu barədə "Report"un Qərb mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.