Aysel: "Aciz deyiləm kiminsə sevgilisini əlindən alım" VİDEO

10 İyun 2019 17:23 (UTC+04:00)

"Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Aysel Əlizadə olub. SİA-nın məlumatına görə, sənətçi sevgi haqda danışıb. Aysel "Döyürsə, deməksə sevir" sualına belə cavab verib: "Özünü yekəxana aparan, "burada mənəm, Bağdadda kor xəlifə" deyənləri sevmirəm. Sevgi odur ki, qədrinə biləsən. Döymək də olur. Zərif cinsin nümayəndələrinin üstündə gücünü sınayanlar olur. Ana olmaq haqda çox düşünürəm.

O qədər aciz deyiləm kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib bilmədən danışılanlar incidir məni. İndiki zamanda ağ qara ləkə götürür".

Aysel "Porsche" markalı avtomobilinin ona hədiyyə olması haqda xəbərlərə münasibət bildirib: "Avtomobilimi özüm almışam, 7 ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim".

Qeyd edək ki, Turanə Nəcəfova adlı xanım "Səni axtarıram" verilişində "Yetim" ləqəbli biznesmen əri Elçinin Aysellə sevgili olduğunu iddia edib.