50 milyon dolları olan turist kosmosa uça biləcək

8 İyun 2019 04:11 (UTC+04:00)

NASA sıravi turistlərin Beynəlxalq Kosmik Stansiyada (BKS) qalmasına icazə verəcək.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, turistlər bir ay müddətində stansiyada qalmaq şansı qazanacaq. Stansiyada bir gecənin qiyməti isə 35 min dollar olacaq.

Təxmini hesablamalara görə, uçuşun ümumi dəyəri bir turist üçün 50 mln. dollara başa gələcək. NASA BKS-ə ildə maksimum iki belə özəl reys təşkil etmək niyyətindədir. Hər bir reys isə 30 gün çəkəcək.

İlk missiyanın 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır. Turistlər BKS-ə “Boeing” və “SpaceX” şirkətlərinin hazırladığı sistemlərlə yollanacaq.