Məsutun nikah şahidi Ərdoğan ailəsi oldu

8 İyun 2019 00:13 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan məşhur futbolçu Məsut Özilin toyunda nikah şahidi olublar.

SİA xəbər verir ki, Ərdoğan tanınmış futbolçu ilə Türkiyə gözəli Aminə Gülşənin toy mərasiminə də qatılıb.

Prezident İstanbulda Kısıklıdakı evindən çıxaraq nikah mərasiminə gəlib, cütlüyü təbrik edib, onlara xeyir-dua verib.

Beşiktaşda keçirilən nikah mərasimindən sonra Ərdoğan bir saat toy məclisində iştirak edib, daha sonra isə Kısıklıdakı iqamətgahına yollanıb.