Ginekoloqa getmək üçün 7 vacib səbəb...

9 İyun 2019 19:05 (UTC+04:00)

1. Qarnın aşağı hissələrində qəflətən başlayan kəskin ağrı, xarakterindən asılı olmayaraq (dartıcı, sancılı, kəsici) xüsusi ilə də, digər şikayətlər ilə müşayiət olunduqda (bədən hərarətinin artması, ürəkbulanma, qusma, huşun itməsi) qadının həyatı üçün təhlükə törədən və təcili müalicəvi tədbirlərin görülməsi, o cümlədən, əməliyyat aparılmasını tələb edən ciddi xəstəlik simptomu ola bilər. Çox vaxt qarnın aşağısında yaranmış kəskin ağrı düz bağırsağa yayılır və huşun itməsi ilə müşayiət olunur. Belə şikaytlər aşağıdakı ginekoloji patologiyalar nəticəsində inkişaf edən qarın boşluğu qanaxmaları zamanı yaranır:

2. Uşaqlıqdankənar hamiləliyin kəsilməsi – daxilindəki embrionun böyüməsi nəticəsində uşaqlıq borusunun cırılması- bu halda təcili əməliyyat tələb olunur, çünki cırılmış borudan baş verən qanaxma böyük ola bilər (1 litrə qədər), bu isə, pasiyentin həyatı üçün təhlükəlidir;

3. Yumurtalıqların apopleksiyası — öz-özünə, ovulyasiya dövründə, menstrual dövrun 12-15-ci günü, yaxud dövrün ikinci fazasında, 16-28-ci günlərdə, çox zaman fiziki gərginlikdən, o cümlədən, cinsi aktdan sonra baş verən yumurtalıq və ya onun kistasının partlaması. Əksər hallarda yumurtalıq apopleksiyası güclü qanaxmaya səbəb olaraq, əməliyyatın aparılması ilə nəticələnir. Yumurtalıq az zədələndikdə və qanaxma əhəmiyyətsiz dərəcədə olduqda konservativ terapiyanın aparılması kifayət edir. Müalicəni həkim təyin edir. Vaxtı itirməmək və vəziyyəti anlamaq çox vacibdir.

Ağrı bir çox hallarda bədən hərarətinin artması ilə müşayiət olunur ki, bu da cinsi orqanlarda iltihabi prosesin olmasından xəbər verir. Ağrı və hipertermiyanın aşağıdakı hallarda yaranması zamanı mütləq «Təcili yardım» çağırın:

4. Abortdan və ya digər uşaqlıqdaxili müdaxilədən sonra (histeroskopiya, histerorezeksiya, miomektomiya), çünki uşaqlığın iltihabi prosesi – endometritin inkişaf etməsi istisna olunmur; antibakterial müalicənin aparılması, eləcə də, abortdan sonra döl qalıqları aşkar edildikdə, onların təcili ləğv edilməsi tələb olunur;

5. Qorunulmamış cinsi aktdan sonra, uşaqlıq artımlarının iltihablaşması və bir çox hallarda, pelvioperitonitlə, yəni kiçik çanaq peritonunun iltihabı ilə müşayiət olunmasının nəticəsi kimi; tez effekt almaq və aparılması mümkün olan əməliyyatın qarşısını almağa imkan yaradan infuzion, antibakterial, iltihabəleyhinə terapiyanın aparılması labüddür.

6. Uşaqlıqdaxili spiraldan istifadə etmək fonunda (UDK), xüsusən, spiral 2 ildən əvvəl qoyulmuşdursa, çünki bu, endomiometritin yaranması üçün risk amilidir; bu halda UDK-in dərhal çıxarılması və iltihabəleyhinə terapiyanın aparılması labüddür. Həkimə müraciətin vaxtında edilməsi təcili əməliyyat, o cümlədən, uşaqlığın ləğv edilməsindən qaçmağa imkan yaradır.

7. Qarnın aşağısındakı ağrılar tutma xarakterli ola və ürəkbulanma, qusma və ağız quruluğu ilə müşayiət oluna bilər. Belə şikayətlər uzun müddət ginekoloq müayinəsindən keçməyən qadında, habelə, yumurtalıq şişi və ya uşaqlıq mioması ilə əlaqədar nəzarətdə olan pasiyentdə yaranmışdırsa, dərhal «Təcili yardım» çağırmaq lazımdır. Əks halda, yumurtalıq şişinin burulması, miomatoz düyündə qidalanmanın pozulması, subseroz miomatoz düyün ayaqçığının burulması –kimi təhlükəli xəstəliklərin inkişaf etməsi istisna olunmur.