Çayda batan uşağı xilas edən məktəbli mükafatlandırılıb FOTO

6 İyun 2019 12:02 (UTC+04:00)

Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanət həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.

"Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyyəddin Əliyev qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib".