Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

29 May 2019 12:28 (UTC+04:00)

UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır. Yeni tədris ilindən UNEC-i seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.

Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində “ikinci əlaçı təqaüdü” verilir.

Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.