UEFA nümayəndələri Bakıya nəhəng təyyarədə gəliblər

28 May 2019 21:34 (UTC+04:00)

UEFA nümayəndələrini Avropa Liqasının final oyunu üçün Bakıya dünyada ən böyük sərnişin təyyarəsi gətirib.

SİA AZAL-ın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti paytaxtımıza “Airbus A380” laynerini ilə gəlib. Bu hava gəmisini qəbul etməyə qadir olan aeroportlar elə də çox deyil.